Рейтинг@Mail.ru
 
 

 


Qulluq üzrə təlimat

 

Əgər siz taxta qapılar almısınızsa, sözsüz ki, bu, sizin evinizin interyerinə layiqli əlavədir. Ancaq əgər siz istəyirsinizsə ki, sizin taxta qapılarınız uzun illər sizə xidmət etsin və öz xarici cazibədarlığını itirməsin, onda siz onlara müntəzəm qulluq etməlisiniz.

Sizə taxta qapıları uzun müddət əvvəlki xarici görünüşdə saxlamağa imkan verəcək əsas qulluq qaydaları bunlardır.

Qapıları mebelin təmizlənməsi üçün istifadə olunan xüsusi tərkiblərlə, həmçinin bunun üçün nəzərdə tutulmuş nəm salfetlərin köməyi ilə təmizləmək və yumaq tövsiyə edilir. Bununla yanaşı, qapılara qulluq üçün 9:1 nisbətində su və spirtin qarışığını tətbiq etmək mümkündür.

Təmizləmədən sonra qapıların səthini mütləq quru bezlə silmək lazımdır. Vaxtaşırı mebelə qulluq üçün xüsusi vasitələr, polirol tətbiq etmək tövsiyə olunur. Abraziv təmizləyici tərkiblərdən istifadə etmək qəti surətdə qadağan edilir. Qulluq vasitəsini qapının növündən asılı olaraq seçmək lazımdır. Ağacın təbii şponu ilə üzlənmiş qapılara qulluq tərkibində təbii mum olan polirolun köməyi ilə edilməlidir. Laminasiya olunmuş və rənglənmiş qapılar üçün süni materiallarla işlənmiş səthlər üçün nəzərdə tutulan polirolu seçin.

Əgər siz istəyirsinizsə ki, otaqlararası qapılar öz xarici görünüşünü və istehlak keyfiyyətlərini uzun müddət saxlasın, otaqda optimal temperatur rejiminin və rütubət səviyyəsinin saxlanılmasına xüsusi diqqət yetirmək tövsiyə edilir. Otaqda temperatur 10S-dən aşağı olmamalıdır, tövsiyə olunan nisbi rütubət 50-60% arasında olmalıdır. Yüksək rütubətin və ya quruluğun olması və ya rütubətin müntəzəm olaraq kəskin dəyişməsi otaqda müxtəlif deformasiyalara səbəb olur.

Xüsusilə qış fəslində otaqlararası qapıların quraşdırılmasından əvvəl onları iqlimləşmə üçün heç olmasa bir həftə həmin məkanda yerləşdirmək tövsiyə olunur.

Aqressiv mayelərin (turşular, qələvilər) qapının səthinə düşməsinə yol verməyin.

Qapıların su ilə uzunmüddətli təması yolverilməzdir. Qapının səthinə rütubət düşdükdə qapını rütubəti özünə hopduran materialla silmək lazımdır. Hamamlarda, saunalarda, hovuzlarda bu məkanlar üçün xüsusi olaraq nəzərdə tutulmuş qapılar quraşdırılır.

İstilik mənbəyindən qapıya qədər məsafə 1 m-dən az olmamalıdır. Qapının səthinə kobud mexaniki təsir yolverilməzdir.

Qapıların istismarı zamanı daimi və ya dövri statik şaquli yükləmə (xüsusən bir nöqtəyə güc verməklə) 5 kq-dan çox olmamalıdır. Qapıları açıb-bağlayarkən izafi səy göstərmək lazım deyil.

Qapı layını sökmək zərurəti yarandıqda onu rəzələrdən ehtiyatla çıxartmaq lazımdır.

Bu qaydalara riayət etməklə, siz qapılarınızın gözəlliyini və funksionallığını uzun illər qoruyub saxlaya biləcəksiniz. Həmçinin yadda saxlamaq lazımdır ki, qapılara qulluqla bağlı istehsalçının tövsiyələrinə əməl etmək ən doğru yoldur.
 
Moskva Ağac Məmulatları
Zavodundan yenilik

Ağac Məmulatları Zavodunun istehsalında yeni modellər və yeni rənglər istifadəyə verilib :
“KLASSİK” seriyası Hər zaman dəbdə!
İnteryerin klassik...

 

“Mario Rioli”
istehsalından yenilik

“Mario Rioli” istehsalında "ROMANTICO" seriyalı yeni kolleksiya hazırlanıb. Bu qapılar sadəcə məkanı ayırmır, həm də evi bəzəyir və sahibinin yüksək...

 

Ünvan: Ziya Bünyadov küç., 38
AZ1108, Bakı, Azərbaycan

Tel.: +(994 12) 409 33 00

Mob.: +(994 50) 229 05 23

E-mail: az-mario_rioli@mail.ru
 
© 2013 | Az Mario Rioli.
All rights reserved
 
Design by RL
Menyu
Ana səhifə
Haqqımızda
Məhsullar
Maraqlı məlumatlar
Əlaqə
Haqqımızda
“Mario Rioli”nin tarixi
Az Mario Rioli
qapılarının üstünlükləri
Məhsullar
Mario Rioli
Ağac Məmulatları Zavodu
 
Maraqlı məlumatlar
Qapını necə seçməli
Oyuqların tövsiyə
olunan ölçüləri
Qulluq üzrə təlimat
Mario Rioli
Primo Amore
Arboreo
Domenica
Saluto
Minimo
Romantico
Ağac Məmulatları Zavodu
Kompozit
Flet
Kristal
Vitro
Retro
Diamant
Klassik