Рейтинг@Mail.ru
 
 

 


Qapını necə seçməli

 

Qapı, ilk növbədə sizin evnizin vizit kartıdır!

Qapı – interyerin əhəmiyyətli detalı, sizin həyat tərzinizin ifadə və ətraf mühiti dərketmə vasitəsidir. Otaqlararası qapı məkanın düşünülmüş üslub həllini vurğulamağa və ya tamamilə dəyişdirməyə qadirdir. Buna görə də qapının alınması haqqında təmirin sonunda deyil, əvvəlində düşünün!

"AZ - MARIO RIOLI" şirkəti isə Sizə yalnız otaqlararası qapıların deyil, həm də giriş metal qapıların alınmasında düzgün, münasib və sərfəli seçim etməkdə kömək edə biləcək.

Yeni otaqlararası qapının alınmasının alqoritmi təxminən belə olacaq:

• Büdcəni tərtib edirik – nəzərdə tutulan xərclərin (qapıların quraşdırılması üzrə mütəxəssislərin xidmətlərini də daxil edirik) yuxarı və aşağı həddi.

• Sizin bir və ya bir neçə qapını dəyişdirmənizdən asılı olmayaraq, ilk öncə onların rəngini müəyyən edin. Bu zaman həm mənzilin işıqlandırılmasına, həm də ümumi rəng qammasına diqqət yetirmək lazımdır. Geniş yayılmış səhvlərdən biri qapıları divar kağızlarına uyğun seçməkdir. Divar kağızları interyerin daha azömürlü tərkib hissəsidir, lazım gəldikdə, onları yenidən yapışdırmaq asandır.

• Hansı modeli seçməli: bütöv və ya şüşəli? İndi bu, 10-15 il əvvəlki kimi prinsipial deyil. Hətta hamam otağına da şüşələnmiş qapılar quraşdırılır, əsas olan yalnız hansı şüşəninin seçilməsidir. Təbii ki, şüşə kifayət qədər kövrək materialdır. Hərçənd istehsalçılar indi xüsusi bərkitmə proseduru həyata keçirirlər. Bu prosedur şüşələrin sintetik nazik təbəqənin köməyi ilə yapışdırılmasından ibarətdir. Həyata keçirilən bu işlər nəticəsində şüşə qapılar xarici təsirlərə davamlı olur. Qarşınıza bütöv və ya şüşəli qapı seçimini qoyarkən, məkanın işıqlanma dərəcəsini də nəzərə alın. Qonaqlarınızın rahatlığını nəzərə alaraq, bütöv qapıların yataq otaqlarında və sanitar qovşaqlarda quraşdrılması tövsiyə olunur. Mətbəx və qonaq otaqlarına gəlincə, şüşəli qapılar məhz belə otaqlar üçün uyğundur. Donuq, qumvurma üsulu ilə işlənmiş, tündləşdirilmiş qabarıq şüşələr işığı çox az miqdarda buraxır. Şəffaf, fyuzinqli və şəkilli qapılar isə əsl bəzək olacaq.

• Qapını hansı materialdan seçməli? Təbii şpon – bu , sizin mənzilinizdə gözəllik, ekolji təmizlik və nüfuzdur. Amma təbii şponun bir kiçik çatışmazlığı var: bir neçə qapı alar kən siz ona hazır olun ki, müxtəlif laylarda ağacın şəkil və çaları fərqlənə bilər. Eyni barmaq izlərinə malik iki insan olmadığı kimi, təbii şpon işləməli iki tamamilə eyni qapı olmur. Süni materiallardan qapı seçərkən, seçiminizi laminat üzə r ində dayandırın. Laminatlı qapıların üstünlüyü alıcıları sevindirir, çünki onlar "qiymət-keyfiyyət", ekoloji təmiz material, nisbətən ucuz qiymət, su buraxmayan effekt, xidmətdə asanlıq kimi cəhətləri n nə olduğunu çox gözəl bilirlər.

• Biz otaqlararası qapıları alarkən, ilk növbədə dizayna və praktikliyə diqqət yetiririk. Furnituru seçər kən , bu məsələyə daha çox məsuliyyətlə yanaşmaq lazımdır. Qapı dəstəklərini seçə n zaman diqqət edin ki, onlar həm seçilmiş qapı ilə uyğunluq təşkil etsin lər , həm də istifadə si rahat olsun.

• Qapı dəstəkləri - Onlar əl ilə toxunduqda rahat olmalı və xoş təsir bağışlamalıdırlar, axı onlar hələ uzun müddət xidmət edəcəklər. Dəstəklərin aşağı qiyməti və az çəkisi o deməkdir ki, rəng tezliklə sürtüləcək, belə dəstəklər kifayət qədər möhkəm deyil və çox tezliklə sınacaq. Otaqlararası qapı üçün iki-üçqat lak və boya vurulmuş bürünc və ya polad dəstək uyğundur.

• Rəzələr – Rəzələri seçən zaman onları bir-birinə doğru istiqamətdə qatlayaraq iki yarım hissə arasında ara məsafənin ölçüsünə diqqət yetirmək lazımdır - idealda heç bir ara olmamalıdır.

• Girişin məhdudlaşdırılmayacağı mətbəx, dəhliz, qonaq otağı kimi ümumi giriş qapılarını adi kiçik qıfıl dili ilə təchiz etmək olar, bu qıfıl "bağladın-açdın" prinsipi ilə işləyir.

Qapıların bağlanmasının nəzərdə tutulduğu otaqlarda, məsələn, yataq otağı, hamam, tualet, qapıda santexnika qıfılı quraşdırmaq lazımdır.

Keyfiyyətli qapı mütləq aşağıdakı parametrlərı uyğun olmalıdır:

• Məkanın effektiv ayrılması

• Səs izolyasiyası

• Qoruyucu xüsusiyyətlər

• Estetik keyfiyyətlər

• Ekoloji təmizlik

• Uzunömürlülük

Daha nələrə diqqət yetirməli?

• Sıxlaşdırıcı. Yadda saxlayın ki, keyfiyyətli qapının sıxlaşdırıcısı qutuda olmalıdır. Sıxlaşdırıcı yumşaqdırsa, deməli, keyfiyyətlidir. Sərt sıxlaşdırıcı tam şəkildə bitişməyə imkan verməyəcək.

• Birləşdirici - qapı layının konstruksiyasına daxil olmalıdır. O, istilik və səs izolyasiyasını yaxşılaşdırır.

• bərkidilmiş şüşəli qapıların şüşəsi sınarsa, bu, insan üçün təhlükəsizdir. Fyuzinq texnologiyası ilə hazırlanmış şüşələr daha zərifdir və vitraj effekti yarada bilərlər.

Qapının gözəlliyi, uzunömürlülüyü və qüsursuz xidmət etməsi bir çox hallarda onun peşəkar şəkildə quraşdırılmasından asılıdır. Yalnız təcrübəli ustalar qapıları elə quraşdırırlar ki, onlar özbaşına açılmasınlar, əyilməsinlər və sahiblərini xidmət müddətində sevindirsinlər.

Beləliklə, uzun müddət xidmət edəcək otaqlararası qapını seçmək üçün keyfiyyətə qənaət etməmək, seçimə vaxt itirməkdən qorxmamaq, yuxarıda verilən məsləhətlərə əməl etmək lazımdır.

Uğurlu alış-verişlər!
 
Moskva Ağac Məmulatları
Zavodundan yenilik

Ağac Məmulatları Zavodunun istehsalında yeni modellər və yeni rənglər istifadəyə verilib :
“KLASSİK” seriyası Hər zaman dəbdə!
İnteryerin klassik...

 

“Mario Rioli”
istehsalından yenilik

“Mario Rioli” istehsalında "ROMANTICO" seriyalı yeni kolleksiya hazırlanıb. Bu qapılar sadəcə məkanı ayırmır, həm də evi bəzəyir və sahibinin yüksək...

 

Ünvan: Ziya Bünyadov küç., 38
AZ1108, Bakı, Azərbaycan

Tel.: +(994 12) 409 33 00

Mob.: +(994 50) 229 05 23

E-mail: az-mario_rioli@mail.ru
 
© 2013 | Az Mario Rioli.
All rights reserved
 
Design by RL
Menyu
Ana səhifə
Haqqımızda
Məhsullar
Maraqlı məlumatlar
Əlaqə
Haqqımızda
“Mario Rioli”nin tarixi
Az Mario Rioli
qapılarının üstünlükləri
Məhsullar
Mario Rioli
Ağac Məmulatları Zavodu
 
Maraqlı məlumatlar
Qapını necə seçməli
Oyuqların tövsiyə
olunan ölçüləri
Qulluq üzrə təlimat
Mario Rioli
Primo Amore
Arboreo
Domenica
Saluto
Minimo
Romantico
Ağac Məmulatları Zavodu
Kompozit
Flet
Kristal
Vitro
Retro
Diamant
Klassik