Рейтинг@Mail.ru
 
 

 


“Mario Rioli”nin tarixi

 

"MARIO RIOLI" brendinin tarixi - nəsildən-nəsilə ötürülən və müasir texnologiyalarla artırılan ailə ənənələri, istedad və öz işinə sevginin sənəti genişmiqyaslı uğurlu istehsala çevirmək bacarığının tarixçəsidir. Şirkət 20-ci əsrin əvvəlində yaranıb və onun yaradıcısı Mario Riolinin adını daşıyır.

O, 1897-ci ildə İtaliyanın Roviqo şəhərində dülgər ailəsində doğulub və böyük qardaşları kimi uşaqlıqdan atasından sənəti öyrənib. Amma qardaşlarından fərqli olaraq, onu başqa tale gözləyirdi... Mario artıq 15 yaşında ağacdan qapılar, pəncərələr və mebellər hazırlayırdı və onlar keyfiyyətinə görə Roviqonun ən yaxşı ustalarının məmulatlarından geri qalmırdı.

Mario Karpi şəhərinə köçdükdən sonra burada emalatxana açdı. Onun məmulatlarına tələbat var idi - zövq, keyfiyyət, orijinal dizayn və sifarişçiyə diqqət bu məmulatların vizit kartı idi. Qeyd etmək lazımdır ki, bütün bu xüsusiyyətlər müasir dövrümüzdə də dəyişməz olaraq qalır.

Marionun böyük oğlu Mauro onun işinin davamçısı oldu. Ənənələri qoruyub saxlayan və istehsalı inkişaf etdirən Mauro emalatxananı kiçik ailə fabrikinə çevirdi. O zaman bu, perspektivli, amma bir çox hallarda əllə həyata keçirilən istehsal prosesi idi.

Brendin sonrakı tarixi Mauronun yeddi il əvvəl şirkətin rəhbəri olmuş oğlu Korradonun adı ilə bağlıdır. İqtisadiyyat və Biznes üzrə beynəlxalq diplom almış Korradonun təşəbbüsü ilə ailəyə məxsus istehsal keyfiyyətcə başqa səviyyəyə yüksəldi.

İtaliyada və digər ölkələrdə bazarın artım perspektivlərini təhlil edən Korrado "Mario Rioli" brendinin ənənələri və təcrübəsini Rusiyaya gətirməyi qərara aldı. Çünki Rusiyada yaşayış evlərinin interyerlərinin italyan üslubunda tərtibatına böyük maraq və tələbat var, fabrikin bu ölkədə mövqeyi isə “Mario Rioli”nin bütün məhsullarının qiymət və keyfiyyətinin səmərəli nisbətini təmin etməyə imkan verir.
 
Moskva Ağac Məmulatları
Zavodundan yenilik

Ağac Məmulatları Zavodunun istehsalında yeni modellər və yeni rənglər istifadəyə verilib :
“KLASSİK” seriyası Hər zaman dəbdə!
İnteryerin klassik...

 

“Mario Rioli”
istehsalından yenilik

“Mario Rioli” istehsalında "ROMANTICO" seriyalı yeni kolleksiya hazırlanıb. Bu qapılar sadəcə məkanı ayırmır, həm də evi bəzəyir və sahibinin yüksək...

 

Ünvan: Ziya Bünyadov küç., 38
AZ1108, Bakı, Azərbaycan

Tel.: +(994 12) 409 33 00

Mob.: +(994 50) 229 05 23

E-mail: az-mario_rioli@mail.ru
 
© 2013 | Az Mario Rioli.
All rights reserved
 
Design by RL
Menyu
Ana səhifə
Haqqımızda
Məhsullar
Maraqlı məlumatlar
Əlaqə
Haqqımızda
“Mario Rioli”nin tarixi
Az Mario Rioli
qapılarının üstünlükləri
Məhsullar
Mario Rioli
Ağac Məmulatları Zavodu
 
Maraqlı məlumatlar
Qapını necə seçməli
Oyuqların tövsiyə
olunan ölçüləri
Qulluq üzrə təlimat
Mario Rioli
Primo Amore
Arboreo
Domenica
Saluto
Minimo
Romantico
Ağac Məmulatları Zavodu
Kompozit
Flet
Kristal
Vitro
Retro
Diamant
Klassik