Рейтинг@Mail.ru
 
 

 


Haqqımızda

 

Biz həmişə xatırlayırıq ki, insanlar üçün qapılar hazırlayırıq.
Və hər qapı insanların həyatını bir az daha rahat etməlidir.
Az - Mario Rioli.

"AZ - MARIO RIOLI" şirkətinin əsası 2011-ci ildə qoyulub. Qısa müddət ərzində biz bazarda möhkəm mövqe tutmağa və ən yüksək keyfiyyətli qapı tədarükçüsü adını qazanmağa nail olduq. Bu gün bizim şirkətimiz Rusiyanın otaqlararası və polad qapı istehsalı üzrə üç yüksək ixtisaslı zavodunun Azərbaycan Respublikası ərazisində rəsmi distribyutorudur.

• 2007-ci ildə İtaliyanın “MARİO RİOLİ” şirkəti Rusiyada otaqlararası qapı istehsalı zavodunu açıb. Zavod ildə 1 milyona qədər qapı bloku buraxmaq gücünə malikdir. İstehsal yerlərinin ümumi sahəsi 40.000 m2 təşkil edir. MARİO RİOLİ qabaqcadan layihələndirilmiş texnoloji axınların köməyi ilə istehsal proseslərini optimallaşdıran yeni qabaqcıl avadanlıqla təchiz olunmuş müasir müəssisədir. Rusiyada istehsal layihəsi İtaliya və Almaniyanın injiniriq şirkətləri tərəfindən hazırlanıb. İşə salma-sazlama işləri xarici mühəndislər və texnoloqlar tərəfindən aparılıb və gələcəkdə layihəyə nəzarət də onların iştirakı ilə həyata keçiriləcək.

• «Moskva Ağac Məmulatları Zavodu" 1991-ci ildə ağac emalı sexinin istehsal gücləri bazasında yaradılmışdır. Bir müddət sonra taxta qapıların istehsalı prioritet istiqamətə çevrildi və əhali arasında böyük tələbata malik oldu. İstehsal prosesi müasirləşdirildikdən və Avropa bazarından müasir avadanlıq alındıqdan sonra şirkət xüsusi, orijinal modelli metal giriş və yanğına davamlı qapılar istehsal etməyə başladı.

Bu gün Ağac Məmulatları Zavodu yerli ağac emalı sənayesində nüfuzlu şirkətlərin sırasına daxildir. Şirkətdə unikal çoxpilləli keyfiyyətə nəzarət sisteminə malik müasir axınlı istehsal həyata keçirilir.

• "Volxovets" Qapalı Səhmdar Cəmiyyəti 1993-cü ildə yaradılıb. Entuziastların səyləri ilə dülgər məmulatlarının istehsalı üzrə sex yaradılıb və 1996-cı ildən otaqlararası qapıların istehsalı üzrə ixtisaslaşmağa başlayıb. 1997-ci ildə müəssisədə iynəyarpaqlı ağac növlərindən otaqlararası qapıların istehsalı üzrə yeni müəllif texnologiyası tətbiq olunub və Rusiyada bu texnologiyanın analoqu yoxdur.

Yeni texnologiyalar və müasir qapı dizaynı “Volxovets” İŞ QSC-yə Rusiya şirkətləri arasında liderlərdən biri olmağa imkan verdi.

Hazırda “Volxovets” QSC müxtəlif texnologiyalar əsasında işləyən iki istehsal sahəsindən ibarət olan müasir müəssisədir. Müasir avadanlıq, ixtisaslaşmış kadrlar və ən yaxşı materiallardan istifadə “Volxovets” istehsalı olan otaqlararası qapıları Avropa keyfiyyəti və alıcıların yüksək tələbatı ilə təmin etməyə imkan verir. Bundan başqa, şirkət hər il Rusiya Federasiyasında Ümumdünya keyfiyyət günü, Avropa keyfiyyət həftəsinə hazırlıq və bu tədbirlərin keçirilməsi çərçivəsində təşkil olunan “Rusiyanın 100 ən yaxşı malı” müsabiqəsinin laureatıdır.

Bu gün bizim imkanlarımız otaqlararası qapıların böyük anbar ehtiyatına malik olmağa imkan verir ki, bu da çatdırma və quraşdırma prosesini sürətləndirir. Quraşdırma otaqlararası qapıların quraşdırılması üzrə müvafiq təlim keçmiş təcrübəli ustalar tərəfindən həyata keçirilir.

Bizim hazır işlərimizə təkcə Bakıda şəxsi mənzillərdə deyil, həm də regionlarda təhsil müəssisələri, tibb mərkəzləri, hərbi hissələr və bir çox digər dövlət orqanlarında da rast gəlmək mümkündür.

Bizim məhsullarımız həyatda rahatlığa və keyfiyyətə qiymət verən, özünə əmin olan müasir, yaradıcı və uğur qazanmış insanlar üçün nəzərdə tutulub. Onlar dəbi izləyir, çox işləyir və səyahət edir, eyni zamanda öz evlərinə qayıtmağı sevirlər və bu zaman evdə hər şey onların xarakterinə uyğun və rahat olmalıdır, bizim işimiz isə hər bir müştərimizə evlə bağlı öz arzularını gerçəkləşdirməkdə kömək etməkdir.

 

“AZ - MARIO RIOLI” - keyfiyyətə zəmanət, möhtəşəm dizayn və münasib qiymətlər!

 
Moskva Ağac Məmulatları
Zavodundan yenilik

Ağac Məmulatları Zavodunun istehsalında yeni modellər və yeni rənglər istifadəyə verilib :
“KLASSİK” seriyası Hər zaman dəbdə!
İnteryerin klassik...

 

“Mario Rioli”
istehsalından yenilik

“Mario Rioli” istehsalında "ROMANTICO" seriyalı yeni kolleksiya hazırlanıb. Bu qapılar sadəcə məkanı ayırmır, həm də evi bəzəyir və sahibinin yüksək...

 

Ünvan: Ziya Bünyadov küç., 38
AZ1108, Bakı, Azərbaycan

Tel.: +(994 12) 409 33 00

Mob.: +(994 50) 229 05 23

E-mail: az-mario_rioli@mail.ru
 
© 2013 | Az Mario Rioli.
All rights reserved
 
Design by RL
Menyu
Ana səhifə
Haqqımızda
Məhsullar
Maraqlı məlumatlar
Əlaqə
Haqqımızda
“Mario Rioli”nin tarixi
Az Mario Rioli
qapılarının üstünlükləri
Məhsullar
Mario Rioli
Ağac Məmulatları Zavodu
 
Maraqlı məlumatlar
Qapını necə seçməli
Oyuqların tövsiyə
olunan ölçüləri
Qulluq üzrə təlimat
Mario Rioli
Primo Amore
Arboreo
Domenica
Saluto
Minimo
Romantico
Ağac Məmulatları Zavodu
Kompozit
Flet
Kristal
Vitro
Retro
Diamant
Klassik